Daxil ol

Məxfilik Siyasəti

Giriş.

Məxfilik və məlumatlarınızın təhlükəsizliyi və əlçatanlığı bizim üçün vacibdir. Bizimlə paylaşdığınız məlumatların qorunması bizim əsas prioritetimizdir. Sizin haqqınızda hansı məlumatları topladığımızı və nə üçün, necə və nə vaxt istifadə etdiyimizi və sistemə daxil etdiyiniz məlumatları necə idarə etdiyimizi anlamaq üçün Məxfilik Siyasətimizi oxuyun.

“Crm.az” yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların “Crm.az” tərəfindən toplanmasına və işlənməsinə razılıq vermiş olursunuz.

Şəxsi məlumatların qorunması.

Biz sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplayırıq. Bizim toplaya biləcəyimiz məlumatlar bunlar ola bilər: ad, soyad, telefon nömrəsi, elektron poçt ünvanı, VÖEN, qeydiyyatdan keçərkən və ya proqramdan istifadə edən zaman istənilən digər məlumatlar.

Məlumatların emalı.

“Crm.az” üçüncü şəxslərə şəxsi məlumatlarınızı satmayacaq və bunları etmək niyyətində deyil.

İstifadəçi öz şəxsi məlumatlarını təqdim etdikdə “crm.az əgər başqa şərt nəzərdə tutulmayıbsa, həmin məlumatları saxlaya, sistemləşdirə, toplaya, yığa, dəqiqləşdirə, istifadə edə, müştərilərin ehtiyaclarını öyrənmək və öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə həmin informasiyadan istifadə edə bilər.

Məxfilik qaydalarında dəyişikliklər.

Dəyişikliklərin çox gec və az həcmdə olmasına baxmayaraq, “Crm.az” Məxfilik Siyasətinə dəyişikliklər etmək hüququnu özündə saxlayır və bu tamamilə “Crm.az”ın səlahiyyətindədir. Dəyişikliklərlə əlaqəli olaraq vaxtaşırı məxfilik qaydalarını nəzərdən keçirməyinizi tövsiyə edirik.

Məsuliyyət.

Daxil etdiyiniz hər hansı yalnış məlumata görə “Crm.az” məsuliyyət daşımır.